Əsas məzmuna keç

"Azərbaycan və Ermənistan arasında sülh prosesi Trampın komandası ilə başladı"

"Azərbaycan və Ermənistan arasında sülh prosesi Trampın komandası ilə başladı"

ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffun məqaləsini paylaşan Donald Tramp, Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurlarını vurğulayıb.

en ru

ABŞ Prezidenti və arasında sülh bəyannaməsinin imzalanmasının bir illiyi ilə bağlı xüsusi elçisi Stiv Vitkofun məqaləsini paylaşıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Vitkofun sözlərinə görə, Vaşinqtonun rəhbərlik etdiyi sülh prosesi 2025-ci ilin martında Tramp administrasiyasının Bakıya səfəri ilə başlayıb.

Məlumata görə, ABŞ İlham Əliyevin liderliyindən xüsusi təsirlənib. Vitkoff dövlət başçısını “güclü və qətiyyətli lider” kimi xarakterizə edərək, onun sülh naminə çətin qərarlar qəbul etməyə hazır olduğunu bildirib.

Məqalədə qeyd olunur ki, üç onillikdən artıq davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında daimi sülhə, iqtisadi əməkdaşlığa və münasibətlərin normallaşmasına yönələn mühüm sənədlər imzalanıb.

ABŞ tərəfi iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə “Trump Route for International Peace and Prosperity” (TRIPP) tranzit təşəbbüsünü irəli sürüb.

Vitkoff bildirib ki, Vaşinqton razılaşmaların praktiki şəkildə həyata keçirilməsi üçün dəmir yolu mühəndisliyi üzrə araşdırmalar və investisiya mexanizmləri üzərində işləyir.

Bundan əlavə, TRIPP konsepsiyasının gələcəkdə Xəzər dənizi boyunca genişləndirilməsi və Yaxın Şərqdə tətbiq imkanlarının nəzərdən keçirildiyi bildirilib.

Vitkoff həmçinin Donald Trampın Nobel Sülh Mükafatına birgə namizədliyinin irəli sürülməsi ilə bağlı sənədin də imzalandığını qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…