Operativ Məlumat Mərkəzi

AMB bank sektoru üzrə atılacaq növbəti addımları açıqlayıb

2 dəq
Paylaş:
AMB bank sektoru üzrə atılacaq növbəti addımları açıqlayıb

Mərkəzi Bankı (AMB) 2024-2026-cı illər üzrə "Maliyyə sektorunun inkişaf strategiyası" çərçivəsində bank üzrə atılacaq növbəti addımları açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə AMB-yə istinadən xəbər verir. qeyd edib ki, 2024-cü il üzrə sektorla bağlı işlərin 79,2%-i icra edilib.

Qeyd edilib ki, layihə və sindikatlaşdırılmış maliyyələşdirmənin tətbiq imkanlarının araşdırılması, təchizat zəncirinin maliyyələşdirilməsi alətlərinin tətbiqi ilə bağlı təşviqedici hüquqi çərçivənin formalaşdırılması, BOKT-lərin institusional potensialının gücləndirilməsi, aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasına BMHS yanaşmasının tətbiqinin nəzərdən keçirilməsi gecikən fəaliyyət istiqamətləridir.

Bununla yanaşı, sektor üzrə atılmalı olan növbəti addımlar var: "Bura alternativ maliyyələşdirmə alətləri üçün tənzimləyici mexanizmlərin yaradılması və metodoloji dəstəyin təmin edilməsi, Banklar arasında ortaq xidmətlər (shared services) və resurslardan effektiv istifadə imkanlarının araşdırılması, qabaqcıl təcrübələrə olaraq kredit ittifaqı biznes modellərinin təkmilləşdirilməsinin dəstəklənməsi, ICAAP/ILAAP implementasiyası üzrə tələblərin hazırlanması və banklara dəstək göstərilməsi, Risk əsaslı tənzimləmə və modelinə müvafiq olaraq nəzarət proseslərinin modernizasiyası və konsolidasiya edilmiş tənzimləmə və nəzarət üzrə yanaşmanın hazırlanması daxildir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax