Operativ Məlumat Mərkəzi

Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşüb

2 dəq
Paylaş:
Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşüb

Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, görüş Müqəddəs Pyotr Meydanında keçirilən ümumi audiensiyadan sonra baş tutub. Şeyxülislam Allahşükür Paşazadə Roma Papasına İlham Əliyevin və Birinci vitse- Mehriban Əliyevanın salamlarını çatdırıb, Fondunun son illər ərzində Vatikandakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb, ölkəmizdə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat verib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Papa XIV Leonu Azərbaycanda görmək böyük şərəf olar. Roma Papasının ölkəmizə səfər edəcəyi təqdirdə, Azərbaycandakı dinlərarası harmoniyanı, dövlət-din münasibətlərinin yüksək səviyyəsini və multikulturalizm mühitini əyani şəkildə görə biləcəyi qeyd olunub.

Papa Leo isə ölkəmizə səfər etməyə rəğbətlə baxdığını, iş qrafikinə görə bunu tənzimləyəcəyini deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax