Əsas məzmuna keç

Aİ Ukraynaya davamlı dəstək mesajı verib

Aİ Ukraynaya davamlı dəstək mesajı verib

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon , müharibə başlayandan Ukraynaya təxminən 165 milyard avro verdiklərini və bu il ölkənin ehtiyac duyacağı xarici maliyyənin böyük hissəsini qarşılayacaqlarını söyləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə İtaliya və hökumətlərinin birgə təşkil etdiyi 2025-ci ildə Ukraynanın Bərpası Konfransında deyib.

Avropanın Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynanın ən böyük donoru olduğunu qeyd edən fon der Leyen, bu müddət ərzində Ukraynaya təxminən 165 milyard avro dəstək verdiklərini vurğulayıb.

"Bu il Ukraynanın xarici maliyyə ehtiyaclarının 84%-ni ödəyəcəyik. Bu dəstəyin bir hissəsi olaraq, 1 milyard avroluq makromaliyyə dəstəyinə əlavə olaraq, Ukrayna Fondundan 3 milyard avrodan çox vəsaitin ayrılacağını elan edirəm",- deyə o qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…