Operativ Məlumat Mərkəzi

Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

2 dəq
Paylaş:
Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

Avropa İttifaqına üzv Rusiyanın mayeləşdirilmiş qazını (LNG), bank sektorunu, kriptovalyuta əməliyyatlarını və neft daşıyan “kölgə donanmasını” hədəf alan yeni paketini təsdiqləyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı yeni sanksiyalar barədə açıqlama verib.

“Aİ-yə üzv ölkələr Rusiyaya qarşı 19-cu sanksiya paketimizi təsdiqlədi. Biz Rusiyaya təzyiqi artırırıq”, – o bildirib.

Fon der Leyen əlavə edib ki, ilk dəfə olaraq Rusiyanın müharibə iqtisadiyyatının ürəyi sayılan təbii qaz sektorunu hədəfə alırıq. xalqı ədalətli və daimi sülhə nail olana qədər geri addım atmayacağıq.

Aİ-nin Xarici Əlaqələr və Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da bu barədə paylaşımında “19-cu sanksiya paketini qəbul etdik” ifadəsini işlədib.

Hələ bütün detalları açıqlanmayan bu paketə əsasən, Aİ ölkələri 2027-ci ilin yanvar ayınadək Rusiyadan LNG idxalını mərhələli şəkildə dayandıracaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax