Operativ Məlumat Mərkəzi

Aİ-nin XİN başçıları bu gün Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər

2 dəq
Paylaş:
Aİ-nin XİN başçıları bu gün Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər

Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə Ukraynaya hərbi yardım və təminatları, və Çin ilə münasibətlər kimi məsələlərlə yanaşı, Ermənistanla arasında münasibətlərin normallaşdırılması da müzakirə edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mətbuata istinadən xəbər verir ki, XİN Şurasının əsas iclası üç mövzuya həsr olunacaq. Bura Ukraynadakı münaqişə, iqtisadi təhlükəsizliyin xarici siyasət aspekti və Türkiyə ilə münasibətlər daxildir.

Məlumata görə, günün ikinci yarısında Aİ xarici işlər nazirləri ABŞ Antoni Blinkenlə geniş spektrli məsələlər üzrə onlayn müzakirə aparacaqlar. Blinkenlə müzakirələr üçün dəqiq gündəm olmasa da, Ukrayna münaqişəsi və Çinlə münasibətlər ətrafında fikir mübadiləsinin davam etdiriləcəyi gözlənilir.

Görüşün sonunda nazirlər cari məsələləri, o cümlədən Çin, Latın Amerikası və Karib hövzəsi ölkələri ilə iyulun 17-18-də keçirilmiş sammitin nəticələrini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və s. məsələləri müzakirə edəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax