Operativ Məlumat Mərkəzi

Ağcabədidə narkotik saxlayan şəxs həbs olunub

2 dəq
Paylaş:
Ağcabədidə narkotik saxlayan şəxs həbs olunub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəticəsində 9 kiloqramdan artıq marixuana qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbir zamanı olan marixuananı daşımaqda şübhəli bilinən rayon sakini Etibar Quliyev saxlanılıb.

Onun ətrafında davam etdirilən araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən olunub. Keçirilən növbəti əməliyyat zamanı həmin mənbənin Ağdam rayon sakini Yavər olduğu aşkar edilib.

Y.Əbdürrəhimovun yaşadığı ünvana baxış keçirilən zaman 9 kiloqram 100 qram qurudulmuş marixuana və həyətyanı sahəsindən 8 ədəd çətənə kolu kökündən götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də başlanılıb, məhkəmənin qərarı ilə Y.Əbdürrəhimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax