Əsas məzmuna keç

Ağcabədidə narkotik saxlayan şəxs həbs olunub

Ağcabədidə narkotik saxlayan şəxs həbs olunub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 9 kiloqramdan artıq marixuana qanunsuz dövriyyədən çıxarılıb. DİN-in...

Ağcabədi Rayon Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 9 kiloqramdan artıq marixuana qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbir zamanı olan marixuananı daşımaqda şübhəli bilinən rayon sakini Etibar Quliyev saxlanılıb.

Onun ətrafında davam etdirilən araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən olunub. Keçirilən növbəti əməliyyat zamanı həmin mənbənin Ağdam rayon sakini Yavər Əbdürrəhimov olduğu aşkar edilib.

Y.Əbdürrəhimovun yaşadığı ünvana baxış keçirilən zaman 9 kiloqram 100 qram qurudulmuş marixuana və həyətyanı sahəsindən 8 ədəd çətənə kolu kökündən çıxarılaraq götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də başlanılıb, məhkəmənin qərarı ilə Y.Əbdürrəhimov barəsində qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…