Operativ Məlumat Mərkəzi

Ağ Ev humanitar atəşkəsi pozmaqda HƏMAS-ı günahlandırıb

2 dəq
Paylaş:
Ağ Ev humanitar atəşkəsi pozmaqda HƏMAS-ı günahlandırıb

Ştatları atəşkəsin bərpası üçün İsrail, Misir və Qətər səlahiyyətliləri ilə işləyir və atəşkəsi pozmaqda Fələstinin radikal HƏMAS hərəkatını günahlandırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ağ Evin Milli Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

“Qəzzada humanitar fasilənin bərpası üçün İsrail, Misir və Qətərlə əməkdaşlığı davam etdirməkdən məmnunam. Ancaq açıq deyək – atəşkəs məhz HƏMAS-a görə başa çatıb, onlar sadəcə olaraq girovların siyahısını təqdim etməyiblər, bu da atəşkəsin uzadılmasına imkan verəcəkdi”-deyə, o bildirib.

Kirbi vurğulayıb ki, humanitar fasiləni bərpa etmək üçün HƏMAS sonradan azad ediləcək girovların siyahısını təqdim etməlidir.

“Çox güman ki, onların mübadilə imkanına uyğun gələn və lazım olan digər qadın və uşaqları var. Biz, dediyim kimi, atəşkəsi bərpa etməyə yönəlmişik ki, əlavə girov mübadiləsi aparılsın”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax