Operativ Məlumat Mərkəzi

ABŞ və Çin tariflərlə bağlı razılığa gəldi

2 dəq
Paylaş:
ABŞ və Çin tariflərlə bağlı razılığa gəldi

ABŞ və Çin Stokholmdakı danışıqlardan sonra tarifləri üzrə atəşkəs müddətini daha üç ay uzadıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sveriges” radiosu məlumat yayıb.

“ABŞ və Çin gömrük güzəştlərinin uzadılması ilə bağlı razılığa gəliblər. Bu bəyanat Stokholmda ABŞ-nin maliyyə naziri Skott Bessent və Çin Dövlət Şurasının sədr müavini Xe Lifenin rəhbərliyi altında iki günlük danışıqlardan sonra verilib”, - deyə radio xəbər verib.

Qeyd edək ki, Cenevrədə keçirilən danışıqlardan sonra ABŞ və Çin nümayəndələri mayın 12-dən etibarən 90 gün ərzində gömrük rüsumlarının qarşılıqlı olaraq 115% azaldılmasını elan etmişdilər. Beləcə, ABŞ-yə olunan Çin mallarına 30%, tədarük edilən Amerika mallarına isə 10%-ə qədər gömrük rüsumu azaldılmışdı. Bu müqavilənin müddəti avqustun 12-də başa çatır.

Xatırladaq ki, bu il aprelin əvvəli ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən ABŞ-yə idxal olunan məhsullara qarşılıqlı tariflər təyin edib. Azərbaycanın da yer aldığı siyahıdakı ölkələr üçün baza səviyyəsində gömrük rüsumları 10 təşkil edir. Bununla belə, Çin üçün bu tarif 34, Tayvan üçün 23, Avropa İttifaqı üçün isə 20 faiz təyin edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr