Operativ Məlumat Mərkəzi

ABŞ Ukraynaya 700 milyon dollardan çox maliyyə yardımı ayırıb

2 dəq
Paylaş:
ABŞ Ukraynaya 700 milyon dollardan çox maliyyə yardımı ayırıb

Amerika Birləşmiş Ştatları Ukraynaya enerjinin bərpası, və minalardan təmizlənmə üçün 700 milyon dollardan çox maliyyə ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Entoni Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

Yardımlar vasitəsilə, qarşıdan soyuq qışın da gəlməsi nəzərə alınaraq, Rusiyanın xüsusən son aylardakı hücumları ilə ciddi zərbə vurduğu enerji şəbəkəsinin gücləndirilməsi hədəflənib. Sırf enerji infrastrukturunun bərpası və gücləndirilməsi üçün 325 milyon dollar vəsait ayrılıb.

Bundan başqa, müharibənin təsir etdiyi milyonlarla şəxsin təcili ehtiyaclarının qarşılanmasına, onların içməli su, qida, sığınacaq və dərmanla təmin olunmasına 290 milyon dollar ayrılıb.

Humanitar minatəmizləmə üçün 102 milyon dollar əlavə maliyyə ayırılıb.

Qeyd edək ki, A.Blinken 2 gün öncə B.Britaniyanın naziri Devid Lemmi ilə birlikdə Ukraynaya səfər edib. Bu ABŞ və Britaniya rəsmilərinin Kiyevə nadir birgə səfərlərindən olub.

Blinken və Lemmi Ukrayna prezidenti V.Zelenski və ölkənin XİN-i Andrey Sibiqa ilə görüşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax