Operativ Məlumat Mərkəzi

ABŞ təyyarədaşıyan gəmisi Aralıq dənizini tərk edib

1 dəq
Paylaş:
ABŞ təyyarədaşıyan gəmisi Aralıq dənizini tərk edib

ABŞ-ın “USS R. Ford” gəmisinin başçılıq etdiyi aviadaşıyıcı qrupu 2023-cü ilin iyun ayından bəri əməliyyatlar apardığı dənizini tərk edib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı donanmasının məlumatında deyilir.

Pentaqon rəhbəri Lloyd Ostin Yaxın Şərqdəki münaqişə səbəbindən təyyarədaşıyan zərbə qrupunun Aralıq dənizinin şərqində yerləşdirilməsi müddətini bir neçə dəfə, o cümlədən yanvarın ortalarında uzadıb.

İlkin plana görə, “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi “USS Dwight D. Eisenhower”i əvəz etməli idi, lakin oktyabrın 17-də Pentaqonun katibinin müavini Sabrina Sinqh hər iki gəminin Yaxın Şərq bölgəsində saxlanılması qərarını açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax