Operativ Məlumat Mərkəzi

ABŞ Suriyaya qarşı sanksiyaları dayandıracaq

2 dəq
Paylaş:
ABŞ Suriyaya qarşı sanksiyaları dayandıracaq

ABŞ Suriyaya qarşı sanksiyalardan istifadəni dayandıracaq ki, bu ölkənin sülh şansı olsun.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən -Amerika investisiya forumunda çıxışı zamanı bildirib.

Marko Rubionun bu həftənin sonunda Türkiyədə Suriyanın yeni naziri Əsəd əş-Şibani ilə görüşəcəyini elan etməkdən çox məmnunam. Ən önəmlisi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə etdikdən sonra Suriyaya qarşı sanksiyaların dayandırılmasına tapşırıq verəcəyəm. Onlara sülhə nail olmaq şansı vermək lazımdır”, - Tramp deyib.

O, Suriyanın yeni hökumətinin ölkədə vəziyyəti sabitləşdirə biləcəyinə ümid etdiyini vurğulayıb.

“Bu qədər pis şeylərin və ölümün baş verdiyi Suriyada yeni hökumət formalaşıb ki, biz hamımız onların ölkədəki vəziyyəti sabitləşdirə və sülhü qoruya biləcəyinə ümid edirik. Administrasiyam Livana və qonşuları ilə sülh yaratmağa kömək etməyə hazırdır”, - başçısının bəyanatında deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax