Əsas məzmuna keç

ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib

ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib

o, 59 səs lehinə, 38 səs əleyhinə olmaqla növbəti müddətə energetika naziri vəzifəsini daşıyacaq. ABŞ Energetika Nazirliyinin səlahiyyətlərinə milli nüvə...

ABŞ Kris energetika naziri vəzifəsinə təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, 59 səs lehinə, 38 səs əleyhinə olmaqla növbəti müddətə energetika naziri vəzifəsini daşıyacaq.

ABŞ Energetika Nazirliyinin səlahiyyətlərinə milli nüvə kompleksi də daxildir.

Qeyd edək ki, 60 yaşlı Rayt prezidenti Tramp kimi ABŞ-də neft hasilatının artırılmasını dəstəkləyir və fosil yanacaqlardan istifadənin vacibliyinə inanır. Yaxın vaxtlara qədər Rayt Amerika neft şirkəti "Liberty Energy"nin rəhbəri olub. Hazırkı energetika naziri istixana qazı emissiyalarının planetdə temperaturu artırdığını və təbii fəlakətlərə səbəb olduğunu düşünmür.

Yanvarda namizədliyinin müzakirəsinə həsr olunmuş dinləmələrdə Rayt bildirib ki, ABŞ atom elektrik stansiyaları üçün yanacaq kimi Rusiyadan uran idxalından asılılığı təcili aradan qaldırmalıdır. O, ABŞ-da uran və plutonium istehsalını artıracağına söz verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…