Operativ Məlumat Mərkəzi

ABŞ Rusiya-Şimali Koreya əlaqələrini pisləyib

2 dəq
Paylaş:
ABŞ Rusiya-Şimali Koreya əlaqələrini pisləyib

Amerika Ştatları administrasiyası hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin lideri Kim Çen Ina hədiyyə etdiyi Aurus markalı avtomobili BMT Şurasının qətnamələrini pozur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu üçün keçirdiyi növbəti brifinqdə Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"BMT Təhlükəsizlik Şurasının qətnamələri BMT-yə üzv olan bütün ölkələrdən KXDR-ə həm avtomobillərin, həm də dəbdəbəli avtomobillərin tədarükünə qadağa qoymağı tələb edir. Əgər bu doğrudursa, o zaman belə görünür ki, Rusiya özünün də BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozur”, – diplomat vurğulayıb.

Metyu Miller amerikalıları “saxlanma təhlükəsi” ilə bağlı hər hansı səbəbdən Rusiyaya getməməyə çağırıb.

"Heç bir ABŞ vətəndaşı hər hansı bir səbəbdən Rusiyaya səyahət etməyi düşünməməlidir, çünki onun saxlanılma riski var" - Miller jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Miller əlavə edib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasında saxlanılan Rusiya və ABŞ vətəndaşlığı olan şəxslərə konsulluq xidməti göstərməyə davam edəcək. “Bizim hazırda Rusiya hakimiyyət orqanları ilə o qədər də müntəzəm əlaqəmiz yoxdur, lakin səfirliyimiz bu məsələni mütəmadi olaraq diqqətdə saxlayır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax