Operativ Məlumat Mərkəzi

ABŞ Qırmızı dənizdə husilərə məxsus pilotsuz gəmini vurub

2 dəq
Paylaş:
ABŞ Qırmızı dənizdə husilərə məxsus pilotsuz gəmini vurub

ABŞ dənizdə husilərə məxsus pilotsuz gəmini vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı () "X" sosial şəbəkəsində məlumat yayıb.

“Son 24 saat ərzində CENTCOM [ABŞ Mərkəzi Komandanlığı] qüvvələri Qırmızı dənizdə İranın dəstəklədiyi husi pilotsuz gəmini məhv edib”, – komandanlığın hesabında diqqətə çatdırılıb.

münaqişənin şiddətlənməsindən sonra husilər xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək. 2023-cü ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum edib.

Buna cavab olaraq, ABŞ Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün koalisiyanın yaradıldığını və “Prosperity Guardian” əməliyyatına başladığını elan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax