Operativ Məlumat Mərkəzi

ABŞ müəyyən məhsulları əlavə rüsumlardan azad edib

2 dəq
Paylaş:
ABŞ müəyyən məhsulları əlavə rüsumlardan azad edib

Bir çox ölkə ilə ticarətə əlavə edən ABŞ administrasiyası mal əti, pomidor, qəhvə, banan, kokos, avokado və ananas kimi kənd təsərrüfatı məhsullarını bu tariflərdən etmək qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp müəyyən kənd təsərrüfatı məhsullarını bu ilki ikitərəfli tariflərdən azad edən sərəncam imzalayıb.

Sərəncamda müxtəlif tərəfdaşları ilə danışıqların vəziyyəti, mövcud daxili tələbat və müəyyən məhsullar üçün istehsal gücü kimi amillərin qiymətləndirildiyi vurğulanıb.

Nəticədə, xüsusilə müəyyən kənd təsərrüfatı məhsullarının ikitərəfli tariflərdən azad edilməsi ilə bağlı qərar qəbul olunub.

Sərəncamda istisnanın 13 noyabr 2025-ci il tarixindən etibarən qüvvəyə minəcəyi və ABŞ Ticarət Nazirliyi və ABŞ Ticarət Nümayəndəliyi Ofisinin vəziyyəti izləməyə davam edəcəyi və lazım gələrsə, əlavə tədbirlər görə biləcəyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax