Əsas məzmuna keç

ABŞ Konqresi Trampa sui-qəsd cəhdinin araşdırılmasını təsdiqləyib

ABŞ Konqresi Trampa sui-qəsd cəhdinin araşdırılmasını təsdiqləyib

qanunverici orqanın aşağı palatasındakı səsverməni C-SPAN kanalı yayımlayıb. İşçi qrupun yaradılmasının lehinə 416 konqresmen çıxış edib, əleyhinə bir...

ABŞ Konqresinin Palatası yekdilliklə respublikaçı Trampa sui-qəsd cəhdinin səbəblərini araşdırmaq üçün qrupunun yaradılmasını dəstəkləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qanunverici orqanın aşağı palatasındakı səsverməni C-SPAN kanalı yayımlayıb.

İşçi qrupun yaradılmasının lehinə 416 konqresmen çıxış edib, əleyhinə bir nəfər də olsun səs verməyib.

Qətnamənin təsdiqlənməsi üçün onu Konqresin aşağı palatasının üzvlərinin ən azı ikisi dəstəkləməli idi.

İşçi qrupuna yeddi respublikaçı və altı demokrat daxil olacaq, onların adları bu gün elan olunacaq. İşçi qrup dekabrın 13-dən gec olmayaraq araşdırmaların nəticələrini təqdim edəcək.

Xatırladaq ki, iyulun 14-də ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…