Operativ Məlumat Mərkəzi

ABŞ-ın İraqdakı hərbi bazası raket hücumlarına məruz qalıb

2 dəq
Paylaş:
ABŞ-ın İraqdakı hərbi bazası raket hücumlarına məruz qalıb

ABŞ-ın İraqın Anbar əyalətində Ayn əl-Əsəd hərbi bazası raket hücumlarına qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, Amerikanın hərbi obyektində üç güclü partlayış səsi eşidilib. Hücumun nəticələri barədə məlumat verilmir.

Bundan əvvəl "İraqın İslam müqaviməti" hərəkatına daxil olan şiə silahlı birləşmələri ABŞ-ın himayəsi altında olan Ərbil hava limanında koalisiyanın bazasına hücum üçün kamikaze dronlarından istifadə ediblər.

ABŞ Ordusunun Mərkəzi Komandanlığının verdiyi məlumata görə, hücum nəticəsində üç amerikalı əsgər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Mərkəzi Komandanlıq həmçinin dekabrın 26-da İraqda fəaliyyət göstərən “Kataib Hizbullah” qruplaşmasının bazalarına cavab zərbələri endirdiyini bildirib.

Rəsmi Bağdad amerikalıların hücumlarını pisləyib və bunları düşmənçilik hərəkəti kimi qiymətləndirib. İraqın Baş nazirinin hava zərbələri nəticəsində 1 nəfərin öldüyünü, daha 18 nəfərin yaralandığını qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax