Əsas məzmuna keç

ABŞ-də bu şəkillərin yayılmasına görə federal cəzalar olacaq

ABŞ-də bu şəkillərin yayılmasına görə federal cəzalar olacaq

bununla bağlı xarici KİV məlumat yayıb. Yeni qanun, həmçinin texnologiya şirkətlərindən məzmunu 48 saat ərzində silməyi tələb edir. ABŞ prezidenti Donald...

ABŞ-də süni intellektin yaratdığı saxta şəkilləri paylaşan şəxslər artıq həbs cəzasına məhkum edilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Yeni qanun, həmçinin texnologiya şirkətlərindən 48 saat ərzində silməyi tələb edir.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mərasimdə tərəfindən yaradılan açıq-saçıq seksual görüntülərin paylaşılmasını cinayət hesab edən “Take It Down Aktı”nı imzalayıb.

Qanun son illərdə məşhurlardan tutmuş şagirdlərinə qədər hər kəsi hədəf alan saxta seksual məzmunla mübarizədə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

Yeni tənzimləmə həm real, həm də kompüter tərəfindən yaradılmış icazəsiz cinsi məzmunun internetdə yayılmasını cinayət hesab edir.

Texnologiya şirkətləri də 48 saat ərzində bu məzmunu silmək məcburiyyətində qalacaqlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…