Operativ Məlumat Mərkəzi

804 magistr ödənişsiz təhsil almaq hüququ əldə edib

2 dəq
Paylaş:
804 magistr ödənişsiz təhsil almaq hüququ əldə edib

2025/2026-cı ili üçün müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qaldığına görə ixtisaslara ödənişli əsaslarla qəbul bakalavrlar arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİM-dən məlumat verilib.

"Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 804 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilmişdir. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilmişdir",- məlumatda qeyd edilib.

Magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış tələbələrin saylarının ali təhsil müəssisələri üzrə paylanması

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax