Operativ Məlumat Mərkəzi

50 ildir uşaqlara dini təhsil verən keşiş həbs edildi

2 dəq
Paylaş:
50 ildir uşaqlara dini təhsil verən keşiş həbs edildi

ABŞ-də dörd ştatda 50 il ərzində minlərlə dini verən Pentekostal Co Kempbell uşaqlara qarşı cinsi ittihamları ilə həbs edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Oklahoma Baş Prokurorluğu 68 yaşlı Kempbellin birinci dərəcəli zorlama və 16 yaşından kiçik uşağa qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunduğunu açıqlayıb.

ABŞ hüquq-mühafizə orqanları Kempbelli Missuridəki uşaq düşərgəsində saxlayıb.

İttihamlar NBC News tərəfindən aparılan və Kempbellə qarşı 1970-ci illərdən bəri davam edən istismar iddialarını, buna baxmayaraq və kilsə rəhbərliyinin müdaxilə etmədiyini üzə çıxaran geniş araşdırmadan aylar sonra irəli sürülüb.

Beş qadın 1970–80-ci illərdə uşaq ikən cinsi istismara məruz qaldıqlarını bildirərkən, daha doqquz nəfər oxşar istismar iddiaları ilə çıxış edib.

Oklahoma Baş Prokuroru Gentner Drummond bu əməlləri “dəhşətli” adlandıraraq, səlahiyyətindən uşaqlara zərər vermək üçün istifadə edən bütün din xadimlərinə qarşı sərt xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax