Əsas məzmuna keç

11 ayda vətəndaşlara 292,7 milyon manat geri qaytarılıb

11 ayda vətəndaşlara 292,7 milyon manat geri qaytarılıb

2025-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsindən və hüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 məbləğində vəsait geri qaytarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, geri qaytarılan vəsaitlər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…