Əsas məzmuna keç
Natiq Ərziman oğlu Əmirov

Natiq Ərziman oğlu Əmirov

Prezidentin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Mənbə: president.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiridir. 1967-ci ildə Dəvəçi rayonunda anadan olub.

1990–2000-ci illərdə Sumqayıtda vergi orqanlarında müxtəlif vəzifələrdə çalışıb, 2000–2001-ci illərdə Bakının Səbail rayon Vergi İdarəsinin rəis müavini, 2001–2003-cü illərdə Vergilər Nazirliyinin İri Vergi Ödəyiciləri İdarəsinin rəis müavini, 2003–2005-ci illərdə isə Nazirliyin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi olub. 2005-ci il avqustun 16-da Vergilər nazirinin müavini, 2009-cu il martın 4-də isə Vergilər nazirinin birinci müavini təyin edilib. 2016-cı il yanvarın 25-də Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.

Mənbə: Oxu.az.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1990 — Leninqrad (N.A.Voznesenski adına) Maliyyə-İqtisad İnstitutu, iqtisadçı ixtisası
  • 1998 — "Təfəkkür" Elm-Təhsil Mərkəzi Universiteti, hüquqşünas ixtisası