Tərcümeyi-hal
David Alimbaraşvili bank və maliyyə sahəsində 20 ildən artıq təcrübəyə malikdir; bunun 12 ilində rəhbər vəzifələrdə, o cümlədən bank və fin-texnologiya şirkətlərində icraçı menecer kimi çalışıb.
2006–2022-ci illərdə regionun iri maliyyə institutları olan BTA Bank və Halyk Bankda rəhbər vəzifələr tutub, bir neçə il Equfin Holding-in baş əməliyyat direktoru olub. Qazaxıstan, Azərbaycan, Ukrayna və İspaniyada işləyib, Balkanlarda və Orta Asiyada qısamüddətli layihələr həyata keçirib. AccessBank-a qoşulmazdan əvvəl Liberty Bank Georgia-da baş risk inzibatçısının müavini və İdarə Heyətinin üzvü olub.
Hazırda AccessBank QSC-nin İdarə Heyətinin üzvü və baş risk inzibatçısıdır. Gürcü, rus və ingilis dillərini bilir.
Təhsil
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti — MBA