Əsas məzmuna keç
Orxan İsmayılov

Orxan İsmayılov

İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı

AccessBank

Mənbə: accessbank.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Orxan İsmayılov əmək fəaliyyətinə Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasında Prudensial siyasət və metodologiya idarəsinin rəisi vəzifəsində çalışıb.

2020-ci ilin yanvarında AccessBank-da Risklərin idarə edilməsi departamentinin direktoru kimi fəaliyyətə başlayıb. Hazırda AccessBank QSC-nin İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısıdır.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • Bakı Dövlət Universiteti, iqtisadi kibernetika ixtisası — bakalavr və magistr
  • Nyu-York Universiteti (Praqa) — MBA