İspaniya millisinin və "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendi İngiltərə Premyer Liqasına keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Məlumata görə, 26 yaşlı futbolçu ilə “Arsenal” klubu maraqlanır.
"Topçular" transferlə bağlı danışıqlara başlayıb. Potensial müqavilə 60 milyon avro dəyərində qiymətləndirilir.
Martin bu mövsüm 43 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçinin "Real Sosyedad" ilə hazırkı müqaviləsi 2027-ci ilin iyunun sonunda başa çatır.