Operativ Məlumat Mərkəzi

"Zirə" legioner futbolçu transfer edib

1 dəq
Paylaş:
"Zirə" legioner futbolçu transfer edib
paytaxt təmsilçisi Norveçin “Jerv” klubundan Ange Mutsinzini transfer edib. Ruandalı müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb. Qeyd edək ki, 26 yaşlı...

2024/2025 mövsümünə hazırlaşan “Zirə” yeni futbolçu ilə anlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Norveçin “Jerv” klubundan Ange Mutsinzini transfer edib.

Ruandalı müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında çıxış edib. Ruanda millisinin də şərəfini qoruyan futbolçu millidə 16 matça çıxıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər