"Zenit" 25 milyon avroya futbolçu almaq istəyir

"Zenit" 25 milyon avroya futbolçu almaq istəyir
28.06.2024 13:31
Aa
dəq

Serbiya millisinin və "Torino"nun yarımmüdafiəçisi İvan İliç karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

Qeyd edilib ki, "Zenit" klubu serb futbolçunu almaq istəyir. 

Komanda rəhbərliyi oyunçu üçün 25 milyon avro təklif etməyə hazırdır.

Futbolçunun "Torino" ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər hesablanıb, onun transfer dəyəri 18 milyon avro qiymətləndirilir.

Həftənin ən çox oxunanları