ABŞ-nin keçmiş prezidenti Co Biden Rusiya-Ukrayna münaqişəsinin başlanmasından dərhal sonra Volodimir Zelenskiyə ölkəni tərk etməyi təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Zelenski münaqişənin dördüncü ildönümü münasibətilə ukraynalılara müraciətində bildirib.
Prezident açıqlayıb: “Bu ofis, Bankova küçəsindəki bunkerdəki bu kiçik otaq — müharibənin əvvəlində dünya liderləri ilə ilk söhbətlərim burada baş tutdu. Prezident Baydenlə burada danışdım və məhz burada eşitdim: “Volodimir, təhlükə var, dərhal Ukraynanı tərk etməlisən. Biz buna kömək etməyə hazırıq””.
Zelenski qeyd edib ki, o, Baydenə cavab olaraq Kiyevin “taksilərə yox, silahlara ehtiyacı olduğunu” söyləyib.