Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zelenski ABŞ elçiləri ilə sülh danışıqlarını müzakirə edib

2 dəq
Paylaş:
Zelenski ABŞ elçiləri ilə sülh danışıqlarını müzakirə edib

Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin elçiləri Stiv və Cared Kuşner ilə “müsbət” söhbət apardığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Zelenski qeyd edib ki, söhbət Kişinyovda fasilə zamanı baş tutub və müzakirələr Rusiya–Ukrayna münaqişəsinin həllinə yönəlmiş diplomatik prosesin bərpası ilə bağlı olub.

“Bu, çox müsbət bir söhbət idi. Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa yönəlmiş diplomatiyanı bərpa etmək üçün qarşıdakı həftələrdə mümkün qədər fəal işləməyə hazır olduqlarına görə minnətdaram”, – deyə Zelenski bildirib.

O, həmçinin dünyanın diqqətinin hazırda İran ətrafındakı vəziyyətə yönəldiyini qeyd etsə də, Avropada sülh məsələsinin gündəmdə qalmasının vacibliyini vurğulayıb.

Zelenski əlavə edib ki, ABŞ elçiləri ilə G7 sammiti və digər tədbirlər çərçivəsində mümkün ssenarilər müzakirə olunub və Ukrayna tərəfi öz mövqeyini təqdim edib.

Fransa Prezidenti Emmanuel Makronla da apardığını, ABŞ nümayəndələri ilə aparılan müzakirələrin və növbəti addımların koordinasiyasının diqqət mərkəzində olduğunu bildirib.

Məlumata görə, Vitkoff və Kuşnerin təşəbbüsü ilə aparılan Rusiya–Ukrayna münaqişəsi üzrə danışıqlar, ABŞ-nin İranla bağlı məsələlərə fokuslanması fonunda müəyyən qədər ləngiyib. Buna baxmayaraq, tərəflər yaxın həftələrdə mümkün Kiyev səfərini də müzakirə edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax