Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Serhiy Şaptala tutduğu vəzifədən azad olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
“Bu gün Ukraynanın Müdafiə və Təhlükəsizlik Qüvvələrinin komandanlığı və müdafiə naziri Rustem Umerovla müşavirə keçirdim. Müşavirələrin nəticələrinə əsasən: birincisi, o, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişdim. Baş komandan Oleksandr Sırskinin təklifi ilə general-mayor Anatoli Barhileviçi yeni Baş Qərargah rəisi təyin etdim. Təcrübəli insandır – bu müharibənin vəzifələrini və Ukraynanın məqsədlərini başa düşür”, – dövlət başçısı vurğulayıb.