Əsas məzmuna keç

Zelenski: Netanyahu Rusiya və Ukrayna arasında balans saxlayır

Zelenski: Netanyahu Rusiya və Ukrayna arasında balans saxlayır

Vladimir Zelenski N12-yə İsrail liderinin Putinlə əlaqələri, Tehranın PUA-ları və Kiyevə dəstək barədə danışdı. Moskva-İran ittifaqı fonunda İsrail hansı yolu seçir?

en ru

İsrailin Baş naziri Binyamin Moskvanın Tehranın müttəfiqi olmasına baxmayaraq, ilə arasında tarazlıq saxlamağa çalışır.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski N12 televiziya kanalına müsahibəsində Netanyahunun Rusiya Prezidenti Vladimir Putin tərəfdə olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.

Zelenski bildirib: “Məndə belə bir təəssürat yaranır ki, Netanyahu həmişə Rusiya ilə Ukrayna arasında tarazlıq tapmağa çalışır, hətta Rusiyanın İrana kömək etdiyi açıq-aydın olsa belə. O, baş nazirdir və qərarlar qəbul etməlidir”.

Ukrayna lideri qeyd edib ki, bu səbəbdən İsraildə İran dronlarını məhv edə biləcək ukraynalı mütəxəssislər yoxdur.

O vurğulayıb ki, “hər şey İsraildən asılıdır” və əgər “köməyə ehtiyac varsa”, problem açıq şəkildə izah edilməlidir.

Zelenski əlavə edib ki, Ukrayna ilə İsrail arasında qarşılıqlı ehtiyaclar mövcuddur və tərəflər dialoqa hazırdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…