Əsas məzmuna keç

Zelenski NATO sammitinin əsas iclaslarından kənarda qalacaq

Zelenski NATO sammitinin əsas iclaslarından kənarda qalacaq

Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankarada keçiriləcək NATO sammiti çərçivəsində liderlərin şam yeməyinə qatılacağı, lakin alyansın əsas iclaslarında iştirak etməyəcəyi bildirilir.

en ru

Prezidenti Vladimir Zelenskinin Ankarada keçirilən sammitində iştirakı ilə bağlı yeni məlumat yayılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “CNN” telekanalının məlumatına görə, Zelenski NATO liderlərinin iştirakı ilə keçiriləcək şam yeməyinə qatılacaq, lakin alyansın rəsmi iclaslarında iştirak etməyəcək.

Məlumata əsasən, ekspertlər bu qərarı Ukraynanın NATO-ya üzvlük istiqamətindəki gözləntilərinin hələlik reallaşmaması ilə bağlı siyasi mesaj kimi qiymətləndirirlər.

Bildirilib ki, sammit çərçivəsində Vladimir Zelenskinin bir sıra ikitərəfli görüşlər keçirməsi gözlənilir. Ukrayna lideri daha əvvəl açıqlamasında tədbir zamanı pilotsuz uçuş aparatları (PUA) sahəsində yeni müqavilələrin imzalanmasının planlaşdırıldığını bildirib.

Qeyd edək ki, NATO sammitində iştirak etmək üçün Ankaraya gələn Prezidenti da mərkəzində olub. ABŞ lideri hava limanında qarşılanma mərasimi zamanı türk hərbçilərini öz dillərində salamlayaraq diqqət çəkib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…