Ukrayna prezidenti Vladimir Zelenski Üç Dəniz Sammitində iştirak etmək və yeni ikitərəfli təhlükəsizlik sazişi imzalamaq üçün Litvaya işgüzar səfərə gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, siyasətçinin "Telegram" kanalında məlumat verilib.
Bundan əlavə, Ukrayna lideri tərəfdaş dövlətlərin başçıları ilə görüşəcək.
Zelenski öz bloqunda yazıb: “İndi əsas məsələ hava hücumundan müdafiəmizi gücləndirmək, Ukrayna Müdafiə Qüvvələrinin təcili ehtiyaclarını ödəmək və beynəlxalq dəstəyi gücləndirmək və bununla da Rusiya terrorizminə qalib gəlmək üçün hər şeyi etməkdir”.