Ukrayna lideri Vladimir Zelenski iyunda keçiriləcək G7 liderlərinin görüşündə iştirak edəcək, burada dövlət başçısı yenidən Qərb ölkələrindən kömək istəməyi, xüsusən də ABŞ və Aİ-dən daha uzun mənzilli silahlar istəməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg"mənbələrə istinadən məlumat yayıb.
Agentlik mənbələri bildiriblər ki, Zelenski iyunun 13-də İtaliyada prezident Co Bayden və digər G7 liderlərinə qoşulacaq və burada onlar “özəl məsələləri müzakirə etmək üçün” görüşəcəklər.