Operativ Məlumat Mərkəzi

"Zelenski dinc sakinlərə qarşı terror hücumları ilə sülh danışıqlarını pozmaq istəyir"

2 dəq
Paylaş:
"Zelenski dinc sakinlərə qarşı terror hücumları ilə sülh danışıqlarını pozmaq istəyir"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Prezidenti Vladimir Zelenskini sülh danışıqlarını pozmağa cəhd etməkdə ittiham edib.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, Zaxarova bu barədə Sputnik radiosuna açıqlamasında bildirib. Onun sözlərinə görə, Zelenski hücumları və mülki əhaliyə qarşı vasitəsilə sülh təşəbbüsünü pozmağa çalışır.

“Zelenski rejimi təmaslara necə reaksiya verir? Bu, nə hərbi zərurətdən, nə də döyüş meydanındakı vəziyyətin məntiqindən irəli gəlir. Zərbələr məhz mülki əhaliyə və sosial obyektlərə qarşı həyata keçirilir. Bunlar sadəcə zərbələr deyil, terror hücumlarıdır”, – deyə diplomat qeyd edib.

Zaxarova bildirib ki, bu cür addımların əsas məqsədi sülhə dair istənilən müzakirələri və irəliləyişi pozmaqdır. Onun sözlərinə görə, hazırda danışıqların konkret vəziyyəti və ya sülh prosesinin yekun planı müzakirə olunmasa da, bu istiqamətdə atılan hər bir addım oxşar reaksiyalarla qarşılanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax