Əsas məzmuna keç

Zelenski Almaniyaya gedəcək

Zelenski Almaniyaya gedəcək

Prezidenti Volodimir Zelenski gələn həftənin sonunda Almaniyaya səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu, Rusiyanın hərbi müdaxiləsindən sonra onun Almaniyaya ikinci səfəri olacaq.

Məlumata görə, Volodimir Zelenski ziyarətini Təhlükəsizlik Konfransı ilə eyni planlaşdırır. Bildirilib ki, konfrans fevralın 16-19-da keçiriləcək.

Münhen Təhlükəsizlik Konfransının təhlükəsizlik üzrə təşkilatçısı Kristof Xoysqen məsələni şərh etməkdən imtina edib. Bununla belə, o, Ukrayna Prezidentinə dəvətnamə göndərildiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…