Ukrayna Prezidenti Vlodimir Zelenski sentyabrın 21-də ABŞ-yə səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Associated Press" diplomatin mənbəyə istinadən məlumat yayıb.
Onun əlavə yardım üçün ABŞ-yə səfər edəcəyi bildirilib.
Xatırladaq ki, Bayden administrasiyası Konqresdən Ukraynaya dəstək üçün ümumilikdə 24 milyard dollar, o cümlədən 13,1 milyard dollar əlavə hərbi yardım və 8,5 milyard dollar humanitar yardım ayırmağı xahiş edib.