Operativ Məlumat Mərkəzi

Zelenski ABŞ yardımını kredit şəklində qəbul edib

1 dəq
Paylaş:
Zelenski ABŞ yardımını kredit şəklində qəbul edib
bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna televiziyasına müsahibəsində deyib. O, həmçinin əlavə edib ki, bəzi hədəflərə qarşı yalnız “Patriot”...

Ukrayna ABŞ-ın yardım paketini kredit şəklində qəbul edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna televiziyasına müsahibəsində deyib.

O, həmçinin əlavə edib ki, bəzi hədəflərə qarşı yalnız “Patriot” hava hücumundan müdafiə sistemləri və ya onların alternativləri işləyir. Lakin Ukraynada bütün potensial obyektləri qorumaq üçün sözügedən sistemlərin sayı kifayət qədər deyil.

“Hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı səbəbindən burada hansı obyekti, hansı şəhəri qoruyacağımızı seçmək məcburiyyətindəyik. Bu gün Rusiya atəşinin intensivliyi kifayət qədər yüksəkdir. Hazırda bizim hava hücumundan müdafiə raketlərimiz var. Amma sabah nə olacağını da düşünməliyik. Sabah da intensivlik eyni şəkildə davam edə bilər və biz artıq raket çatışmazlığı yaşaya bilərik”, - dövlət başçısı əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər