Kursk vilayətinə hücum etməklə Kiyev əsas məqsədinə - Rusiya Silahlı Qüvvələrinin diqqətini Donbass və Slobojanşinadan yayındırmağa nail ola bilməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Hazırda Kursk vilayəti ərazisinə daxil olan ukraynalı yaraqlılar Rusiya Federasiyası Silahlı Qüvvələrindən qətiyyətli cavab alırlar”, - deyə o bildirib.
Diplomatın sözlərinə görə, Ukrayna ordusunun Kursk vilayətinə hücumu Ukrayna Silahlı Qüvvələrinin Donbassdakı uğursuz vəziyyəti ilə bağlıdır.