"Qərb dövlətləri öz milli maraqları naminə beynəlxalq hüququ manipulyasiya edir və bununla da dünyada strateji sabitliyin əsaslarını zəiflədir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı-nin baş katibi Taalatbek Masadıkov deyib.
Onun sözlərinə görə, müasir dünyada beynəlxalq vəziyyət getdikcə daha mürəkkəb və proqnozlaşdırılması çətin xarakter alır.
Baş katib qeyd edib ki, mövcud beynəlxalq təhlükəsizlik arxitekturası faktiki olaraq destabilizasiya olunub.
“Biz görürük ki, kollektiv Qərb öz milli maraqları naminə beynəlxalq hüququ manipulyasiya edir və bununla da dünyada strateji sabitliyin əsaslarını sarsıdır”, – Masadıkov bildirib.
Masadıkov əlavə edib ki, silahlara nəzarət sahəsində əsas razılaşmaların ləğvi və mövcud nəzarət sisteminin yenidən formalaşdırılması təhlükəsizlik risklərinin və çağırışlarının artmasına səbəb olub.
Onun fikrincə, bu proses KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə də mənfi təsir göstərir.