Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniya kralı III Çarlz arasında mümkün qohumluq iddialarına dair mediada yayılan xəbərləri şərh edərkən zarafat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Zaxarova bu barədə "Sputnik Radiosu"na müsahibəsində danışıb.
Məlumata görə, diplomat Trampın Bukingem Sarayında yaşamaq istəyi ilə bağlı açıqlamalarına toxunaraq ironik şəkildə bildirib ki, “Qrenlandiyada kimsə indi daha rahat nəfəs alır”.
O əlavə edib ki, bəzi ictimai bəyanatlar artıq sadəcə zarafat kimi deyil, siyasi məna daşıyan iddialar kimi qəbul olunur. Zaxarova qeyd edib ki, bu cür açıqlamaları hər kəs eyni şəkildə qəbul etmir və bəziləri onları ciddi niyyət kimi şərh edir.
Diplomat daha sonra ədəbiyyata istinad edərək zarafatla “Bukingem Sarayının daha kompakt edilə biləcəyini” deyib.
Qeyd edək ki, Böyük Britaniya kralı III Çarlz və kraliça Kamilla ABŞ-yə dövlət səfəri çərçivəsində Vaşinqtona gediblər. Səfərin məqsədinin London və Vaşinqton arasında “xüsusi münasibətlərin” gücləndirilməsi olduğu bildirilir.