Əsas məzmuna keç

Zahid Oruc: Valideynlər sosial media tənzimlənməsini dəstəkləyir

Zahid Oruc: Valideynlər sosial media tənzimlənməsini dəstəkləyir

Milli Məclisin komitə sədri Zahid Oruc bildirib ki, internet platformalarında uşaqların təhlükəsizliyi üçün qanunvericilikdə yeni məhdudiyyətlər qaçılmazdır.

en ru

Azərbaycanda valideynlərin 90,5%-i uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsini dəstəkləyir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır:

"2025-ci ilin dekabrında Sosial Tədqiqatlar Mərkəzinin 1100 respondent arasında keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda insanların 87,3 %-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir. Onlardan 11,1 %-i bu təkliflə razılaşmır, 1,6 %-i isə fikir bildirmək istəməyib. Başqa sözlə, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, sosial sifarişdir. Məktəbyaşlı övladı olanların 90,5%-i təklifə müsbət yanaşır. Nisbətən tənqidi yanaşma gənclərin və ali təhsillilərin rəylərində önə çıxır".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…