Zabuxa 25 ailədən ibarət növbəti köç karvanı yola salınıb

Zabuxa 25 ailədən ibarət növbəti köç karvanı yola salınıb
18.11.2023 06:49
Aa
dəq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən qurulan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 103 nəfər köçürülür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Zabux kəndində 71 ailənin, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib.

Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub.

AZƏRTAC

Həftənin ən çox oxunanları

Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib

Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
DAVAMIN OXU davamın oxu

ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh sazişini imzalamağın vaxtı çatıb

ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh sazişini imzalamağın vaxtı çatıb
DAVAMIN OXU davamın oxu

Ermənistan PUA-sı kəşfiyyat uçuşuna cəhd göstərdi - RƏSMİ

Ermənistan PUA-sı kəşfiyyat uçuşuna cəhd göstərdi - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var

Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var
DAVAMIN OXU davamın oxu

Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib

Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib
DAVAMIN OXU davamın oxu