Əsas məzmuna keç

Zabratda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub

Zabratda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub

Bakının Sabunçu rayonu, Zabrat – 2 qəsəbəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən avtomobil təmiri sexində yanğın olub. Bu barədə "Operativ...

Bakının Sabunçu rayonu, Zabrat – 2 qəsəbəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən sexində yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin () Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə sözügedən ünvanda yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 250kv.m. olan avtomobil təmiri sexinin bir boksunda baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına, o cümlədən digər bokslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir dam altında tikilmiş 3 boksdan ibarət avtomobil təmiri sexinin bir boksu 80kv.m. sahədə, içərisində təmirə dayanmış “VAZ-2107” markalı avtomobilinin mühərrik və salon hissəsi qismən yanıb.

Avtomobil təmiri sexinin digər 2 boksu və “VAZ-2107” markalı minik avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…