Operativ Məlumat Mərkəzi

Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

2 dəq
Paylaş:
Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Azərbaycan Prezidenti İlham...

Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də bununla bağlı Sərəncam imzalayıb.

Sənədə əsasən, kanal bundan sonra Şirvan suvarma kanalı adlandırılacaq.

Prezident Dövlət Su Ehtiyatları Agentliyinə Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirlər görülməsini tapşırıb.

Qeyd edək ki, ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər