"Real Madrid"in müdafiəçisi Fran Qarsiya İtaliya A Seriyasına keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Todofichajes” portalı məlumat yayıb.
Məlumata görə, futbolçu ilə "Yuventus" maraqlanır.
İspaniya La Liqasının ötən mövsümündə 25 yaşlı müdafiəçi 31 matçda iştirak edib, 2 məhsuldar ötürmə edib.
Franın "kral" klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi hesablanıb və onun bazar qiyməti 18 milyon avro qiymətləndirilir.