Rusiya Prezidenti Vladimir Putin ilə Çin Sədri Si Cinpin ötən gün qeyri-rəsmi görüş keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Rusiya və Çin başçıları Ukrayna mövzusunu çox ətraflı müzakirə ediblər.
Bu görüş mayın 16-da Pekində yerləşən hökumət iqamətgahında baş tutub.