"Rusiya və ABŞ Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə edirlər".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov "Zvezda" telekanalına bildirib.
"Biz bu Amerika komandası ilə işi davam etdirməyə hazırıq".
Onun sözlərinə görə, Avropanın münaqişənin həlli ilə bağlı mövqeyi ilə bağlı o, daim Rusiya tərəfi üçün qəbuledilməz olan və həll yollarının əldə olunmasına töhfə verməyən tələblər irəli sürür.
Uşakov həmçinin bildirib ki, Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş yaxın vaxtlarda baş tuta bilər.